Türkiyənin Ədirnə şəhərində qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə aparılan yoxlamalar zamanı iki gündə 454 qanunsuz miqrant saxlanılıb. Bu barədə SİA-ya “Haber Global”a istinadən xəbər verir.
Qeyd edilir ki, Ədirnə Jandarm Komandanlığı və Təhlükəsizlik İdarəsi tərəfindən şəhərin mərkəzində və rayonlarda yoxlamalar davam etdirilir.
Şəhərdə saxlanılan taksi avtomobillərində Suriya vətəndaşı olan 9 qanunsuz miqrant aşkarlanıb.
Ədirnə və rayonlarında jandarm və sərhəd zabitləri tərəfindən aparılan yoxlamalar zamanı habelə Pakistan, İraq, Əfqanıstan və İran vətəndaşlarından ibarət 445 qanunsuz miqrant aşkar edilib.
Miqrantlar aidiyyəti üzrə təhvil veriliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB