Burkina Faso hökuməti Fransa səfirliyinin hərbi attaşesi Emmanuel Paskyeni ölkədən qovmaq qərarına gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi Burkina Fasonun qərarını tənqid edib.
Açıqlamaya görə, Emmanuel Pasquier və işçiləri iki həftə ərzində ölkəni tərk etməlidirlər. Hərbi attaşenin “təxribat fəaliyyəti”nin təfərrüatları barədə məlumat verilməyib. Parisdəki Burkina Faso səfirliyinin müdafiə bölməsinin dərhal bağlandığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB