ABŞ 155 millimetrlik mərmi istehsalını ayda 100 min ədədə çatdıracaq

ABŞ 155 millimetrlik mərmi istehsalını ayda 100 min ədədə çatdıracaq

ABŞ administrasiyası 2025-ci ilə qədər 155 millimetrlik artilleriya mərmilərinin istehsal həcmini ayda 100 min ədədə çatdırmağı planlaşdırır. SİA xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin satınalma və logistika üzrə müavini Bill LaPlante Vaşinqtonda Yeni Amerika Təhlükəsizliyi Mərkəzində çıxışı zamanı deyib.

"2025-ci ilə qədər ayda 100 minə çatdırmaq əzmindəyik (mərmi istehsalını - red). 2025-ci ildə ayda 100 min ədəd olacaq”, - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə