"Ölkəmizin 81 vilayətini zəlzələ zonası kimi qəbul etməliyik”

"Ölkəmizin 81 vilayətini zəlzələ zonası kimi qəbul etməliyik”

“Ölkə tarixinin ən böyük fəlakəti olan 6 fevral zəlzələlərində gördük ki, strukturların əhəmiyyətli bir hissəsi şiddətli zəlzələyə tab gətirəcək vəziyyətdə deyil”. SİA “TRT Haber”ə istinadən xəbər verir ki, bu fikirləri Türkyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı deyib.

“Bildiyiniz kimi, ölkəmizin zəlzələ xəritəsində müəyyən qırılma xətləri var. Uzun illərdir ki, bu xəritələr əsasında zəlzələ ilə bağlı araşdırmalar aparılır. Lakin son vaxtlar zəlzələlərin baş verməməli olduğu bir çox yerlərdə zəlzələlər olur. Ona görə də indi ölkəmizin bütün 81 vilayətini zəlzələ zonası kimi qəbul edib araşdırmalar aparmalıyıq”, - deyə Ərdoğan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə