Rusiya Federasiyasının İjevsk şəhərində ticarət mərkəzləri pilotsuz təyyarələrin istehsalı üçün zavodlara çevrilir. Ticarət mərkəzlərindən birini “Kalaşnikov” konserninin törəmə şirkəti, daha ikisini isə Moskvanın “Aeroscan” şirkəti alıb. O biznes üçün pilotsuz təyyarə sistemlərinin tətbiqi ilə məşğuldur. SİA-nın məlumatına görə, bu barədə Rusiyanın “The Insider” nəşri “Udmurtiya korrupsiyaya qarşı” ictimai hərəkatının məlumatına istinadən yazır. İjevskdə iki ticarət və əyləncə mərkəzinin bağlandığı qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB