Polşa Ukraynadan taxıl idxalına qadağanın müddətini uzadıb

Polşa Ukraynadan taxıl idxalına qadağanın müddətini uzadıb

Polşanın inkişaf və texnologiya naziri Valdemar Buda Ukraynadan taxıl idxalına qoyulan qadağanın uzadılması haqqında fərman imzalayıb. SİA-nın xəbərinə görə, bu barədə idarə rəisi X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

“Avropa Komissiyasının Ukraynadan taxıl idxalına embarqonun uzadılmasından imtina etməsi ilə bağlı səhv qərarı ilə əlaqədar Baş nazir Mateuş Moravetskinin göstərişlərinə uyğun olaraq, qadağanın davam etməsi haqqında sərəncam imzaladım”, o yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə