Bayden və Zelenski sentyabrın 21-də Vaşinqtonda görüşəcək

Bayden və Zelenski sentyabrın 21-də Vaşinqtonda görüşəcək

ABŞ prezidenti Cozef Bayden gələn həftə Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenskini qəbul edəcək. İclas cümə axşamı, sentyabrın 21-nə təyin edilib.

SİA-nın əldə etdiyi məlumata görə, u barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bVaşinqtonda keçirdiyi brifinqdə bildirib.

“Bayden prezident Zelenskidən bir sıra məsələlərlə bağlı fikirlərini eşitməyi və dünyaya və Amerika xalqına Ukraynanı dəstəkləmək öhdəliyini bir daha təsdiqləməyi gözləyir”, - deyə Sullivan bildirib.

Xatırladaq ki, ABŞ və Ukrayna prezidentləri sonuncu dəfə iyulun əvvəlində NATO-nun Vilnüs sammitində, ondan əvvəl isə may ayında “Yeddilik” ölkələri liderlərinin Yaponiyada keçirilən görüşündə görüşüblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə