Latviya Respublikasının Seymi Evika Silinanın rəhbərlik etdiyi koalisiya hökumətinin yeni tərkibini təsdiqləyib. Əvvəlki tərkibdə o, rifah naziri və Daxili İşlər Nazirliyinin parlamentdəki nümayəndəsi olub. Son onilliklərdə ilk dəfə olaraq hökumətin tərkibinə solçu liberallar daxil olacaq, lakin mühafizəkar millətçilər olmayacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri BBC yayıb.
Koalisiyanın Nazirlər Kabinetinə üç partiya daxil idi: “Yeni Birlik”, “Yaşıllar və Kəndlilər Birliyi” və “Tərəqqi”.
Solçu və liberal dəyərlər indiyədək ya hakim koalisiyada təmsil olunmayıb, ya da orada mühafizəkar millətçilərlə yanaşı mövcud olub. Latviyanın Məişət Zorakılığına Qarşı İstanbul Konvensiyasını ratifikasiya etməməsi və eynicinsli tərəfdaşlıqları leqallaşdırmaqdan imtina etməsinin səbəbi bu idi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB