Beləliklə, Rusiya Ədliyyə Nazirliyi cümə günü politoloq Stanislav Belkovskini xarici agent elan edib.
SİA-nın əldə etdiyi məlumata görə, 1990-cı illərin əvvəllərindən Belkovski siyasi məsləhətçiliklə məşğul olub, Konstantin Borovoy, İrina Xakamada kimi siyasətçilərlə işləyib, biznesmen Boris Berezovski ilə yaxın olub.
2004-cü ildə o, Rusiyada “Milli Strategiya İnstitutu”nu və “Ukrayna Milli Strategiya İnstitutu”nu yaradıb.
Qeyd edək ki, Belkovski ilə yanaşı, “xarici agentlər” siyahısına jurnalist İlya Şepelin, hərbi analitik Yuri Fedorov, “Xodorkovskiy Live” verilişinin aparıcısı Kirill Sedov və Navalnının Volqoqraddakı qərargahının keçmiş koordinatoru Yevgeni Koçergin də əlavə ediliblər.
Yeri gəlmişkən, bir daha xatırladaq ki, Rusiyada “xarici agentlər” haqqında qanun 2012-ci ildə ortaya çıxıb.
Qanun Ədliyyə Nazirliyinə qeyri-kommersiya təşkilatlarını xaricdən maliyyə aldıqları və siyasi fəaliyyətlə məşğul olduqları halda “xarici agent” kimi tanımağa icazə verib. Belə ki, qanunda bu cür fəaliyyətlərin müəyyən olunduğu meyarlar dəqiq müəyyən edilməyib. Bu da hakimiyyətə təhsil, mədəniyyət, səhiyyə, ekologiya, insan hüquqlarının müdafiəsi sahəsində çalışan təşkilatları təqib etməyə imkan verir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB