Belarusda bu ilin sonuna kimi küçə və magistral yollarda qoyulan lövhələrdən latın dilində yazılmış adlar yığışdırılacaq.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Prezident Administrasiyasının rəhbəri İqor Sergeenkoya istinadən xəbər verir.
Belarusda “Tarix sahəsində dövlət siyasəti: tarixi həqiqətin və yaddaşın qorunması problemləri və perspektivləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Prezident Administrasiyasının rəhbəri İqor Sergeenko orada çıxışı zamanı diqqəti Belarusda tarixi siyasətin həyata keçirilməsinə yönəldib.
Onun istiqamətlərindən biri, Sergeenkonun qeyd etdiyi kimi, küçələrin və digər topoqrafik obyektlərin adlarında latın əlifbasından istifadə təcrübəsinin aradan qaldırılmasıdır.
“Bu işlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır. Müvafiq tədbirlər görülür”, - İqor Sergeenko bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB