Kiyev əks-hücumu davam etdirməyin mənasını görmür?

Kiyev əks-hücumu davam etdirməyin mənasını görmür?

Ukraynalı politoloqun fikrincə, əgər bir ay ərzində müsbət heç bir nəticə olmasaydı, deməli bundan sonra da nəticə olmayacaq.

SİA-nın əldə etdiyi məlumata görə,..təbii ki, bunu rus saytları yayımlayıb.

...Ukrayna Silahlı Qüvvələri artıq hücum hərəkətləri həyata keçirə bilməz, çünki bu, mənasızdır.

Qeyd edim ki, ruslar bu fikirlərin kiyevli politoloq Vadim Karasevə aid olduğunu yazırlar.

Beləliklə, Karasevə istinad edən rus saytları yazırlar: “...Fakt budur ki, birləşmiş silah formatında aktiv əks-hücum ən azı bir ay ərzində müəyyən nəticə verməlidir. Əgər 30 gün ərzində burada hər hansı bir uğur olmayıbsa, deməli, artıq olmayacaq”.

Yenə də rus saytlarına istinadən... Karasev deyib: “Bu gün biz artıq zəif əks-hücumlardayıq, çünki bu, mənasızdır”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə