Bu qərar Rusiya iqtisadiyyatına təsir edəcəkmi?

Bu qərar Rusiya iqtisadiyyatına təsir edəcəkmi?

Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsini 100 baza bəndi artırmaq qərarına gəlib. Qeyd olunur ki, gələcəkdə uçot dərəcəsi yenidən qaldırıla bilər, lakin bu, Mərkəzi Bankın növbəti iclaslarında müzakirə olunacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, indi əsas faiz dərəcəsi 13 faiz səviyyəsində dayanıb. Milli valyutanın mövqeyini gücləndirmək üçün uçot dərəcəsinin 17 faizə qaldırıla biləcəyi ehtimal edildiyi üçün Mərkəzi Bank çox təmkinli qərar qəbul edib.

Çox güman ki, indi rubl ya əvvəlki mövqelərində qalacaq, ya da bir qədər də ucuzlaşacaq.

Mərkəzi Bankın məlumatına görə, onlar gələn ilin sonuna qədər inflyasiyanı 4 faizə endirmək niyyətindədirlər.

Əsas uçot dərəcəsinin artırılması ölkədə inflyasiya və nəzarətsiz qiymət artımı ilə mübarizədə Mərkəzi Bankın əsas alətidir. Hələ 2022-ci ilin fevralında Mərkəzi Bank Qərb sanksiyalarının tətbiqindən sonra Rusiyanın daxili bazarında vəziyyəti sabitləşdirmək üçün təcili tədbirlər görməli və əsas uçot dərəcəsini 20 faizə qaldırmalı oldu.

İndi inflyasiyanın sürətini azaltmaq üçün əsas dərəcənin minimal artımı lazımdır. Lakin indi əsas faiz dərəcəsinin artırılması Rusiya iqtisadiyyatının artım yoluna çıxmasına kömək etməyə bilər.

Qeyd edək ki, orta Rusiya üçün inflyasiya ilk növbədə yanacağın qiymətinə ciddi zərbə vurub. Bu yay və payızda benzin və dizel yanacağının qiyməti rekord həddə çatdı ki, bu da çoxlu sayda mal eləcə də xidmətlərin qiymətinə təsir göstərməyə bilməzdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə