Litva prezidenti fiqurlu konkisürəni vətəndaşlıqdan məhrum edib
Litva prezidenti Gitanas Nauseda fiqurlu konkisürən Marqarita Drobyazkonu vətəndaşlıqdan məhrum edən fərman imzalayıb.
SİA-nın əldə etdiyi məlumata görə, buna səbəb onun Rusiyadakı buz şoularında iştirakı olub. Cümə axşamı Vətəndaşlıq Komissiyası Drobyazkonu Litva vətəndaşlığından məhrum etməyi tövsiyə edib.
Rəsmilər onun Ukraynada müharibə aparan Kreml rejimini açıq şəkildə dəstəklədiyini söyləyirlər.
Qeyd edək ki, o, əri və ortağı Povilos Vanaqas ilə birlikdə əvvəllər təltif olunduğu Gediminas ordenindən məhrum edilib.
İdmançı idman nailiyyətlərinə görə istisna olaraq Sovet İttifaqının dağılmasından sonra Litva vətəndaşlığını alıb. Onun pasportundan məhrum edilməsi üçün xüsusi qanun qəbul edilib.
Onu da qeyd edək ki, Drobyazko müharibədə Kremli dəstəklədiyini inkar edir. Vətəndaşlıq Komissiyasının üzvlərinə müraciətində o bildirib ki, əgər bunu edə bilmirsə, istəmirsə və ya hazır deyilsə, öz mövqeyini bildirməmək hüququ var.
Yeri gəlmişkən, idmançının qayınanası, Litva Fiqurlu Konkisürmə Federasiyasının rəhbəri Lilia Vanagene milli televiziya və radio şirkətinə verdiyi şərhdə gəlini və oğlunun Ukraynanı açıq şəkildə dəstəklədiklərini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB