“İnkişaf Yolu Layihəsinin icra mərhələsinə keçəcəyik"

H.Fidan İstanbul Haliç Konqres Mərkəzində keçirilən X Dünya Türk İş Şurasının Konqresindəki çıxışında deyib ...
“İnkişaf Yolu Layihəsinin icra mərhələsinə keçəcəyik"

Türkiyənin xarici işlər naziri Hakan Fidan “Biz ümid edirik ki, bir neçə ay ərzində Yaxın Şərqdə rifah və sabitlik üçün böyük əhəmiyyət kəsb edən İnkişaf Yolu Layihəsinin icra mərhələsinə keçəcəyik” deyə bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

H.Fidan İstanbul Haliç Konqres Mərkəzində keçirilən X Dünya Türk İş Şurasının Konqresindəki çıxışında deyib: “Bölgədə Türkiyənin iştirakı olmadan enerji və nəqliyyat dəhlizlərinin effektiv və davamlı olması mümkün deyil. Biz ümid edirik ki, bir neçə ay ərzində Yaxın Şərqdə rifah və sabitlik üçün böyük əhəmiyyət kəsb edən İnkişaf Yolu Layihəsinin icra mərhələsinə keçəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə