BMT Liviyaya yardım edilmәsi ilә әlaqәdar çağırış edib

BMT Liviyaya yardım edilmәsi ilә әlaqәdar çağırış edib

Birləşmiş Millətlər Təşkilatı dağıdıcı daşqınlarla mübarizə aparan Liviyaya 71,4 milyon dollar təcili yardımın göstərilməsi ilə əlaqədar çağırış edib.

SİA-nın əldə etdiyi məlumata görə, BMT baş katibinin humanitar yardım və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits məsələ ilə bağlı yazılı açıqlama verib.

Martin Qriffits ilk növbədə 250 min insana yardım etmək üçün yardıma ehtiyac olduğunu deyib.

Sentyabrın 10-da mərkəzi Aralıq dənizində tüğyan edən və Liviyanın şərqində həyatı iflic edən "Daniel" fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.

Liviya Milli Birlik Hökuməti daşqınlar nəticəsində 6 min adamın öldüyünü, minlərlə insanın itkin düşdüyünü açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə