“Türk dünyası yeni bir oyanış dövründə - yeni yüksəlişdədir”,

İstanbul Haliç Konqres Mərkəzində keçirilən Dünya Türk İş Şurasının 10-cu Konqresində çıxışı zamanı Ərdoğan söyləyib ...
“Türk dünyası yeni bir oyanış dövründə - yeni yüksəlişdədir”,

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk dünyası yeniliklərə və inkişafa açıq möhtəşəm sivilizasiya yığımı, güclü dövlət ənənəsi, möhkəm ictimai quruluşu, uzaqgörən qeyri-hökumət təşkilatları ilə yeni oyanış dövründə və yeni yüksəlişdədir” deyib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, İstanbul Haliç Konqres Mərkəzində keçirilən Dünya Türk İş Şurasının 10-cu Konqresində çıxışı zamanı Ərdoğan söyləyib: “Türk dünyası yeni bir canlanma içindədir. Rabitə imkanlarının yaxşılaşdığı bu dövrdə vətənlə diaspor arasında əlaqələri gücləndirmək əvvəlkindən daha asan olub.

Türkiyənin ən qatı düşmənləri belə artıq ölkəmizi görməməzliyə vura və iqtisadiyyatımızın üzərinə qara buludlar toplamaq səylərində uğurlu ola bilmirlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə