Ruslar, bu arada “Mi-8” helikopterini Ukraynaya qaçıran ekipaj üzvlərinin şəxsiyyəti müəyyənləşdirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, vertolyotun qaçırılmasının təşkilatçısı, pilot Maksim Kuzminovla birlikdə “Mi-8”-in göyərtəsində şturman və topçu olub.
Deməli onlardan birinin adı Nikita, digərinin adı isə Xurşeddir. Bəli, təəccübləyin Xurşed özbəkistanlıdır.
Maraqlıdır ki, mətbuatda yayılan məlumata görə, hərbçilərin tanışları onlar haqqında müsbət danışıblar.
“Baza” kanalının məlumatına görə, Nikita, Xurşed və Maksim eyni yaşdadırlar və Primorsk diyarında birlikdə xidmət ediblər. Hazırda onların harada olduğu məlum deyil. Rusiya Müdafiə Nazirliyi hələ də pilotların yaxınlarına onların taleyi barədə rəsmi məlumat verməyib.
Qeyd edək ki, Maksim Kuzminov artıq Ukrayna mətbuatına bir neçə müsahibə verib və burada özünü satqın hesab etmədiyini bildirib.
Xatırladaq ki, o vaxt vertolyot endikdən sonra müqavimət göstərmək istəyən iki həmkarı ukraynalılar tərəfindən öldürülüb. Ukraynalı jurnalistlər təyyarəni qaçıran pilota 500 min dollar mükafat elan edirlər.
Rusların yazdığına görə, “xain” ailəsi də Ukraynaya köçüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB