Bu arada Rusiya İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrinin rusiyalı məhbuslarla pis rəftarına dair məlumatları yoxlayacaq. İşi Qüvvələr Birgə Qrupu üzrə İstintaq Komitəsinin hərbi-istintaq idarəsi həyata keçirəcək.
SİA-nın rus saytlarından əldə etdiyi iddialara görə, Ukrayna hərbçiləri əsir götürdüyü rus əsgərlərini minalanmış sahəyə göndərirlər.
RİA “Novosti”nin yazdığına görə, ruslar bununla bağlı videogörüntülər əldə ediblər.
Rus mediası yazır ki, videogörüntülərdə Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbçisi Rusiya ordusunun geyimində silahsız şəxslərə rəhbərlik etdiyi nümayiş etdirilir.
Deməli, rusiyalı məhbusun yerişi ukraynalı əsgərlərdən birinin xoşuna gəlməyib deyə, o, həmən məhbusa atəş açıb. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin kadrlarında əsir götürdükləri rusları “ora çatsan, azadsan” sözləri ilə minalanmış sahəyə apardığları deyilir.
Yenə də rus saytlarının yazdığına görə, Rusiyanın İstintaq Komitəsi bu görüntüləri yoxlayacaq, atışma tarixini, yerini və hadisənin bütün şəraitini müəyyən edəcək. Daha sonra cinayət işinin başlanması məsələsinə qərar veriləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB