Nigeriyada Boko Haramın 151 üzvü zәrәrsizlәşdirilib

Nigeriyada Boko Haramın 151 üzvü zәrәrsizlәşdirilib

Nigeriya ordusunun ölkənin şimal-şərqində keçirdiyi əməliyyatlarda terror təşkilatı Boko Haramın 151 üzvü zərərsizləşdirilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Nigeriya Müdafiə Nazirliyinin rəsmisi Edvard Buba keçirdiyi mətbuat konfransında bildirib ki, ordu son iki həftə ərzində ölkənin şimal-şərqindəki Adamava, Borno və Yobe əyalətlərində Boko Harama qarşı əməliyyatlar keçirib.

Buba əməliyyatlarda 151 terrorçunun öldürüldüyünü, onlarla terrorçunun da yaralı vəziyyətdə qaçdığını deyib.

Əməliyyatlar zamanı 456 terrorçunun saxlanıldığını və terrorçulara məxsus xeyli miqdarda sursatın ələ keçirildiyini bildirən Buba, terrorçular tərəfindən girov götürülən 38 nəfərin xilas edildiyini açıqlayıb.

2000-ci ilin əvvəllərindən etibarənən Nigeriyada öz mövcudluğunu davam etdirən Boko Haramın 2009-cu ildən bəri həyata keçirdiyi hücumlar nəticəsindən on minlərlə insan həyatını itirib.

Terror təşkilatı 2015-ci ildən etibarən Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə