ABŞ-Ermənistan birgə təliminə baxış keçiriləcək

ABŞ-Ermənistan birgə təliminə baxış keçiriləcək

ABŞ-ın Ermənistandakı səfirliyindən verilən yazılı açıqlamada İrəvana gələn ABŞ-ın 10-cu Dağ Diviziyasının komandanı general-mayor Qreqori Anderson və Avropa və Afrika Quru Qoşunları Baş Qərargah rəisinin müavini, briqada generalı Patrik Ellis ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien “Qartal tərəfdaşı 2023” təliminə baxış keçirəcəkləri bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, səfir Kvien “Qartal tərəfdaşı 2023" təliminin ABŞ və Ermənistanın uzunmüddətli tərəfdaşlığının sübutu olduğunu bildirib. O, qeyd edib ki, təlim ABŞ Müdafiə Nazirliyinin Dövlət Tərəfdaşlığı Proqramı çərçivəsində Ermənistanın Kanzas Milli Qvardiyası ilə davamlı əlaqələri nəticəsində dəstəklənən onilliklər boyu uğurlu sülhməramlı və təhlükəsizlik əməkdaşlığına əsaslanır.

General-mayor Anderson həmçinin bildirib ki, "Ermənistanla əlaqələrimiz çoxşaxəli əməkdaşlığa əsaslanır. ABŞ Ermənistana ölkənin imkanlarını gücləndirmək, xüsusilə nüvə silahlarının yayılmasının qarşısının alınması və sülhün qorunması kimi mühüm sahələrdə daim hərbi yardım göstərir".

Bəyanatda həmçinin qeyd olunub ki, təlim həm də Ermənistanın 12-ci Sülhməramlı Briqadasını NATO/Sülh Naminə Tərəfdaşlıq (SNT) çərçivəsində ilin sonunda keçiriləcək “Əməliyyat İmkanları Konsepsiyası” qiymətləndirməsinə hazırlamaq məqsədi daşıyır.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə