Ukrayna Baş Qərargahı Andreevkanın ələ keçirildiyini təsdiqlədi

Ukrayna Baş Qərargahı Andreevkanın ələ keçirildiyini təsdiqlədi

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cümə günü səhər yaydığı hesabatda Baxmut yaxınlığındakı Andreevka kəndinin ələ keçirildiyini təsdiqləyib.

“Hücum əməliyyatları zamanı müdafiə qüvvələri Kleşevka ərazisində qismən uğur qazanıb. Hücum əməliyyatları zamanı Andreevkanı ələ keçiriblər”.

SİA bunu Ukrayna tərəfinin verdiyi məlumata istinadən bildirir.

Qeyd edək ki, bir gün əvvəl Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Andreevkanın tutulduğunu elan etsə də, sonra həmin ərazidə döyüşən bölmələrin, təbii ki rusların nümayəndələri bu bəyanatı vaxtından əvvəl verilən xəbər adlandırmışdılar.

Onu da qeyd edək ki, Andreevka, bu yaz “Vaqner” PMC-nin dəstələrinin iştirakı ilə uzun bir hücumdan sonra Rusiyanın nəzarətinə keçən Baxmut yaxınlığında Ukrayna hərbçiləri tərəfindən geri alınan ilk qəsəbədir.

Xatırladaq ki, Kleşevka və Andreevka Baxmut xarabalıqlarından bir neçə kilometr cənubda yerləşir.

Yayın əvvəlindən Ukrayna hərbçiləri şəhəri mühasirəyə almağa və xüsusən də Kleşevka ərazisində dominant yüksəklikləri ələ keçirməyə çalışırlar. Andreevka cənubda və Baxmutdan bir az uzaqda yerləşir.

Yeri gəlmişkən, çərşənbə günü bir sıra Rusiya hərbi teleqram kanalları Rusiya hərbçilərinin həm Andreevka, həm də qonşu Kleşevkanı tərk etdiyini bildiriblər.

Bununla belə, onlar dağıdılan hər iki yaşayış məntəqəsinin boz zona adlanan ərazidə olduğunu, yəni onlara heç kimin nəzarət etmədiyini iddia edirdilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə