Krım rus ordusuna "qarayaxan"ların sayına görə üçüncüdür

Krım rus ordusuna "qarayaxan"ların sayına görə üçüncüdür

...Rusiya tərəfindən ilhaq edilmiş Krım Rusiya ordusunu “diskreditə etmək” üçün açılan inzibati işlərin sayına görə ilk üç regiondan biridir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Verstka” nəşri yazır.

Qeyd edək ki, daha tez-tez insanlar bu maddə ilə yalnız Moskva və Sankt-Peterburqda mühakimə olunurdu.

Nəşrin hesablamalarına görə, müharibə başlayandan bəri Krımda ən azı 377 nəfər rus ordusunu nüfuzdan salmağa cəhd etdiyinə görə cərimələnib.

Eyni zamanda, tanışlarının donosları əsasında vətəndaşlara qarşı məhkəmə sənədlərinə əsasən onlarla iş açılıb.

O da qeyd olunur ki, ehtiyatsızlıqdan şəxsi söhbətlərinə görə təqsirləndirilən şəxslərə qarşı ən azı 22 ifadə yazılıb. Donosların yarısının müəllifləri sonda inzibati məsuliyyətə cəlb olunanların həmkarları olub.

Yeri gəlmişkən, cümə axşamı Krım məhkəməsi yerli sakinə qarşı Rusiya ordusunu nüfuzdan salmaq ittihamı ilə növbəti qərar qəbul edib.

Belə ki, yerli sakin Sergey Solovyov İnstaqramda bəzi fotoşəkillərinə görə 50 min rubl cərimələnib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə