Prezidentin oğlu silah almaq qaydalarını pozmaqda ittiham olunur

Prezidentin oğlu silah almaq qaydalarını pozmaqda ittiham olunur

ABŞ prezidentinin oğlu Hunter Bayden odlu silah almaq qaydalarını pozmaqda ittiham edilir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Delaver ştatındakı prokurorlar Hunter Baydenin beş il əvvəl silah alarkən qanunsuz narkotik istifadə etdiyini gizlətdiyini iddia edirlər.

Ümumilikdə, ABŞ prezidentinin 53 yaşlı oğluna qarşı üç maddə - saxta sənədlərdən istifadə etməklə silah almaq, silah lisenziyası üçün müraciət edərkən saxta sənədlər haqqında məlumatı gizlətmək və narkomaniya ittihamı irəli sürülüb.

Ehtimallara görə, Hunter Bayden beş ildən on ilə qədər həbs oluna bilər.

Qeyd edək ki, oğul Baydenin vəkilləri hələlik ittihamları şərh etməyiblər.

Amma bundan əvvəl onlar ittihamların hüquq-mühafizə praktikasına uyğun olmadığı üçün ədalətsiz irəli sürüldüyünü bildirmişdilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə