...Səudiyyə Ərəbistanının Taif şəhərində 6 il əvvəl vətənə xəyanət ittihamı ilə həbs edilən krallığın iki əsgəri edam edilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, məhkəmə onların əmrə tabe olmadığı və millətin mənafeyini qorumaqdan imtina etdiyinə görə qərar verib.
Beləliklə, Səudiyyə Ərəbistanı dünən vətənə xəyanətdə ittiham olunan iki hərbçiyə qarşı edam hökmünü icra edib. Bu barədə Krallığın Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Sənəddə Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin polkovnik-leytenantı və serjantının 2017-ci ildə həbs olunaraq edama məhkum edildiyi bildirilir. Məhkəmənin hökmünə əsasən, onlar dövlətə xəyanətdə, əmrlərə tabe olmamaqda və millətin mənafeyini qorumaqdan boyun qaçırmaqda təqsirli bilinirlər.
Deyilənlərə görə, hərbçilər günahlarını etiraf ediblər.
Qeyd edək ki, ölüm hökmü ölkənin cənub-qərbində yerləşən Taif şəhərində həyata keçirilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB