Liviyanın sahilyanı Derna şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 11 300-ə çatıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ölkənin Qızıl Ay Cəmiyyəti məlumat yayıb.
Xatırladaq ki, sentyabrın 10-da “Daniel” siklonu Liviyanın şimal-şərqini vurub və Aralıq dənizi sahillərindəki şəhərlərə fırtına və ildırımlı leysan gətirib. Bir çox yaşayış evləri, xəstəxanalar və digər mühüm mülki obyektlər su altında qalıb. İki bəndin dağıldığı və fəlakətli vəziyyətin yarandığı Derna şəhəri daha çox zərər çəkib. Ölkə rəhbərliyi 3 günlük milli matəm elan edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Liviyaya başsağlığı verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB