Latviya məktəblərində rus dilinin öyrənilməsindən imtina təklif edilib
Latviyanın Təhsil Nazirliyi məktəblərdə rus dilinin ikinci xarici dil kimi öyrənilməsindən imtina etməyi təklif edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Sputnik Near Abroad Telegram kanalı yazıb.
Latviyanın Təhsil Nazirliyi məktəblərdə rus dilini ikinci xarici dil kimi öyrənməkdən imtina ilə bağlı qanunvericiliyə düzəlişlər hazırlayıb və Latviyada ictimai müzakirəyə təqdim edib.
Beləliklə, “Latviyanın Təhsil Nazirliyi məktəblərdə rus dilinin hətta ikinci xarici dil kimi tədrisinə qadağa qoyulmasını təklif edib”.
Qeyd olunur ki, bu düzəlişlər qəbul olunarsa, o zaman 2026-cı ildən uşaqlara məktəblərdə ikinci xarici dil kimi rus dili təklif olunmayacaq.
Qeyd etmək lazımdır ki, hazırda latviyalı məktəblilər ibtidai məktəbi bitirdikdən sonra onlara xarici dil kimi ingilis dilinin tədris olunaraq ikinci xarici dili öyrənmək üçün müstəqil seçim etmək imkanı əldə edirlər.
Onu da qeyd edək ki, bu, alman, fransız, ispan və digər Avropa dilləri ola bilər, lakin məktəblərdə kifayət qədər müəllim olmadığına görə uşaqlara rus dilini öyrənmək təklif olunur ki, bu da təbii olaraq Latviyanın indiki hakimiyyət orqanlarının xoşuna gəlmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB