Cinsini dəyişmiş şəxslərə uşaqları övladlığa götürmək qadağandır
Tatarıstanda cinsini dəyişmiş şəxslərə uşaqları övladlığa götürmək və ya onların qəyyumuna çevrilmək qadağandır.
Belə dəyişiklikləri Tatarıstan Dövlət Şurasının deputatları respublikanın Ailə Məcəlləsinə qəbul ediblər.
Regional qanun da qeyd edir ki, ər-arvaddan biri cinsiyyətini dəyişirsə, bu, boşanma üçün əsasdır.
Dəyişikliklər parlamentarilər tərəfindən yekdilliklə dəstəklənib, belə ki, 77 deputat sənədin lehinə səs verdi.
Xatırladaq ki, iyulun sonunda Rusiya prezidenti Vladimir Putin Rusiyada cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun imzalayıb.
Qeyd edək ki, bu, yalnız tibbi göstərişlər olduqda edilə bilər. SİA-nın əldə etdiyi məlumata görə, “Kommersant” bu cür məhdudiyyətlərin yaşamaq və tibbi xidmət hüququnu pozduğunu yazıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB