ABŞ Cənubi Koreyaya hərbi təyyarələr satdığını təsdiqlədi

Pentaqon Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyindən (DSCA) verilən yazılı açıqlamada bildirilir ...
ABŞ Cənubi Koreyaya hərbi təyyarələr satdığını təsdiqlədi

ABŞ Dövlət Departamenti Cənubi Koreyaya təxminən 5,06 milyard dollar dəyərində “F-35A” tipli döyüş təyyarələri və müxtəlif hərbi texnikanın satışını təsdiqləyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Pentaqon Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyindən (DSCA) verilən yazılı açıqlamada bildirilir: “ABŞ Dövlət Departamenti Cənubi Koreyaya təxminən 5,06 milyard dollar dəyərində 25 ədəd “F-35A” tipli döyüş təyyarəsi, 26 ədəd “F-135-PW-100” mühərrik, silah-sursat, dəstək avadanlığı satışını və hərbi təlimlər üçün personal göndərilməsini təsdiqləyib.

Sözügedən mövzu ilə bağlı ABŞ Konqresinə bildiriş göndərilib.

ABŞ təcavüzlərin qarşısını almaq üçün xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə töhfə verməkdədir.

Cənubi Koreyanın hazırkı və gələcək təhdidlərə qarşı durma qabiliyyətini artıracağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə