G7-yə üzv ölkələrin XİN rəhbərləri Rusiyanın keçirdiyi seçkiləri pislədi

G7-yə üzv ölkələrin XİN rəhbərləri Rusiyanın keçirdiyi seçkiləri pislədi

G7-yə üzv ölkələrin xarici işlər nazirləri Rusiyanın ilhaq etdiyi Donetsk, Luqansk, Zaporojya və Xersonda həftə sonu keçirilən seçkiləri pislədiklərini açıqlayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, G7 ölkələrinin xarici işlər nazirlərinin sözügedən seçkilərlə bağlı verdiyi bəyanatda deyilir:

“Rusiyanın Ukraynanın suveren ərazisi olan Donetsk, Luqansk, Zaporojya və Xersonda təşkil etdiyi saxta seçkiləri birmənalı şəkildə pisləyirik”.

Bəyanatda sözügedən seçkilərin Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulması mənasına gəldiyi vurğulanıb.

"Rusiyanın Ukrayna ərazisində belə bir hərəkəti həyata keçirmək üçün heç bir hüquqi əsası yoxdur. Bu saxta seçkilər Rusiyanın Ukrayna ərazilərini ələ keçirməsini qanuniləşdirmək üçün aparılan təbliğatdır",-deyə bəyanatda qeyd olunub.

Bəyanatda həmçinin Rusiyanın Ukrayna torpaqları ilə bağlı iddialarının heç vaxt qəbul edilməyəcəyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə