Üç yaşlı qızını vedrədə boğan qadın da “dəli” çıxdı...

Üç yaşlı qızını vedrədə boğan qadın da “dəli” çıxdı...

Yeni il günü üç yaşlı qızını vedrədə boğan Perm sakini ruhi xəstə elan edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, həmin şəxs istintaq təcridxanasında olarkən psixoloji və psixiatrik müayinədən keçmək üçün Yekaterinburqa göndərilib.

Müvafiq müayinədən sonra həkimlər onu ruhi xəstə elan ediblər. Sentyabrın əvvəlində o, məcburi müalicə üçün Bannaya Qora psixiatriya xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qızını öldürməmişdən bir ay əvvəl rusiyalı psixiatr tərəfindən müayinə olunub. O, ailəsinin maddi imkansızlığından narahat olub və intihar etmək istəyib.

Lakin permli əvvəlcə qızını öldürsə də, amma sonradan özü intihar etməyə cəsarət etməyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə