Rusiya SSRİ-nin bütün keçmiş respublikaları ilə “döyüşməli olacaq”

Rusiya SSRİ-nin bütün keçmiş respublikaları ilə “döyüşməli olacaq”

Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fedorov hesab edir ki, Rusiya SSRİ-nin bütün keçmiş respublikaları ilə mübarizə aparmalı olacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun bəyanatı Kreml yönümlü teleqram kanallarında dərc olunub.

...Maraqlıdır ki, Fedorov bütün keçmiş respublikaların gec-tez Rusiya ilə toqquşacağını və ya döyüşəcəyini bildirib.

Onun dediyinə görə, bu bir nəzəriyyə məsələsidir.

“...Onların bəziləri indi olmayacaq. Gürcüstan artıq döyüşüb, Ukrayna döyüşür. Bu, tam olaraq Ermənistana da aiddir”- deyə deputat bildirib.

Rusiyalı deputat iddia edir ki, respublikalar diplomatik yolla geri qaytarılarsa, hərbi münaqişələrin qarşısını almaq olar. Fedorov, keçmiş postsovet ölkələrinin hara qaytarılmalı olduğunu da dəqiqləşdirməyib - güman edilir ki, söhbət SSRİ-dən gedir.

Qeyd edək ki, keçmiş SSRİ respublikalarının hakimiyyət orqanlarının rusiyalı deputatın bu bəyanatına reaksiyası barədə məlumat verilməyib.

Yeri gəlmişkən, rusiyalı deputatların və politoloqların postsovet ölkələrinə qarşı hücumları Rusiyanın Ukraynada açdığı müharibədən sonra daha tez-tez səslənməyə başlayıb. Dünya ölkələrinin böyük əksəriyyəti Rusiyanın bu təcavüzünü pisləməkdədir.

Onu da qeyd edək ki, Mərkəzi Asiyanın postsovet respublikalarının hakimiyyət orqanları bunu qınamasa da, lakin dəstəkləmədilər.

Belə ki, bölgədəki ölkələrdən yalnız Qazaxıstan Donbassdakı separatçı qurumları tanımadığını bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə