Vladimir Putin Kim Çen Ina nə hədiyyə edib..?

Vladimir Putin Kim Çen Ina nə hədiyyə edib..?

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina Vostoçnı kosmodromuna səfəri zamanı bir sıra hədiyyələr təqdim edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə danışıb.

“Prezident Putin Koreya liderinə bir neçə dəfə kosmosda olmuş kosmik kostyumdan əlcək və bizim yerli, Rusiya istehsalı olan ən keyfiyyətli karabin hədiyyə edib”.

Bunu bildirən Peskovun sözlərinə görə, Kim Çen In cavab olaraq Putinə Şimali Koreya ustalarının hazırladığı karabin hədiyyə edib.

Peskov başqa hədiyyələrin də olduğunu əlavə edib.

Xatırladaq ki, Kim Çen In sentyabrın 12-də Primorsk diyarının Xasan stansiyasına gəlib. O, Rusiya Federasiyasına səfəri çərçivəsində “Vostoçnıy” kosmodromunda olub, orada Putinlə görüşüb.

Onlar kosmodromun obyektlərinə, o cümlədən “Soyuz-2” daşıyıcı raketinin buraxılış kompleksinə baxış keçiriblər. Prezidentlər Şimali Koreyalı astronavtın da kosmosa göndərilməsi ideyasını müzakirə ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə