Moskva iki amerikalı diplomatı ölkədən çıxarır

Moskva iki amerikalı diplomatı ölkədən çıxarır

Rusiya iki amerikalı diplomatı persona non qrata elan edib - onlar 7 gün ərzində ölkəni tərk etməlidirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Qeyd edək ki, burada söhbət ABŞ səfirliyinin birinci və ikinci katibləri Ceffri Sillin və Devid Bernşteyndən gedir.

Rusların iddiasına görə, “bu şəxslər xarici dövlətlə “məxfi əməkdaşlıqda” ittiham olunan Rusiya vətəndaşı R.Şonovla əlaqə saxlayaraq qanunsuz fəaliyyət göstəriblər.

Bu arada ABŞ səfiri Lin Treysinin Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığı da bildirilir.

Rusiya Federasiyası bununla Vaşinqtonun “düzgün nəticələr çıxaracağına” ümid edir.

Bu da Nazirliyinin saytındakı məlumatda deyilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə