Şimali Koreya lideri Putini ölkəsinə səfərə dəvət edib

Şimali Koreya lideri Putini ölkəsinə səfərə dəvət edib

Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putini ölkəsinə səfərə dəvət edib.

SİA xəbər verir ki, bu barədə Şimali Koreyanın mərkəzi teleqraf agentliyi (KCNA) məlumat yayıb.

Şimali Koreya rəhbəri Rusiya Prezidentini onun üçün əlverişli olan istənilən vaxt ölkəsinə dəvət edib.

Qeyd edək ki, dünən Şimali Koreya və Rusiya rəhbərləri arasında görüş baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə