Zelenski Ukraynanın gələn il üçün büdcə prioritetlərini açıqlayıb
Ukraynanın gələn il üçün büdcəsinin prioritetləri müdafiə və təhlükəsizlik xərcləri olacaq, buna ən azı 43,3 milyard dollar xərclənməsi planlaşdırılır. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə büdcənin əhəmiyyətli hissəsi silahların, xüsusilə pilotsuz təyyarələrin istehsalı və alınmasına ayrılacaq.
Bundan əvvəl Ukrayna Maliyyə Nazirliyinin rəhbəri Sergey Marçenko bildirib ki, ölkə yalnız hərbi xərcləri ödəyə bilər, qalan hissəsi isə tərəfdaşları tərəfindən maliyyələşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB