Cari ilin avqustunda Argentinada qiymət artımı 12,4 faiz olub ki, bu da 1991-ci ildən bəri ən yüksək göstəricidir. SİA xəbər verir ki, bu barədə Respublika Statistika və Siyahıyaalma İnstitutunun dərc etdiyi məlumatda deyilir.
Məlumata görə, avqust ayında ən çox bahalaşma ərzaq qiymətlərində (15,6 faiz) olub. Sonrakı yerlərdə isə səhiyyə xidmətləri (15,3 faiz) və məişət texnikası (14,1 faiz) qərarlaşıb.
Argentina bir neçə ildir ki, ən yüksək inflyasiyaya malik ölkələr sırasındadır. Ötən ilin sonunda qiymət artımı 94,8 faiz, 2021-ci ildə 50,9 faiz, 2020-ci ildə 36,1 faiz, 2019-cu ildə 53,8 faiz olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB