Liviyada daşqın nəticəsində ölənlərin sayı 8 mini keçib

Liviyada daşqın nəticəsində ölənlərin sayı 8 mini keçib

Liviyada daşqın nəticəsində ölənlərin sayı 8 min nəfəri keçib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Liviya parlamentinin nümayəndəsi qeyd edib ki, onun məlumatlarına görə, “hazırda itkin düşənlərin sayı 10 mini ötüb”.

Xatırladaq ki, "Daniel" qasırğası bazar günü Liviyanı vurub. Verilən xəbərə görə, ən çox Derna şəhəri zərər çəkib, burada iki bənd sel nəticəsində dağılıb. Yaşayış binaları, xəstəxanalar və digər sosial obyektlər su altında qalıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə