Tbilisidə Ukrayna Evinin açılışı olub

Tbilisidə Ukrayna Evinin açılışı olub

Tbilisidə BMT-nin İnkişaf Proqramı və Almaniya hökumətinin dəstəyi ilə Ukrayna Evinin təntənəli açılışı olub. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ukrayna Evinin prioritetlərindən biri ukraynalıların gürcü cəmiyyətinə inteqrasiyasına yönəlmiş birgə Ukrayna-Gürcüstan mədəni, təhsil, media və biznes layihələrinin həyata keçirilməsi olacaq.

...Tbilisidə Ukrayna Evinin açılışı Gürcüstanda yaşayan Ukrayna vətəndaşlarına dəstəyin genişləndirilməsində mühüm mərhələ oldu. Bu təşəbbüs BMT-nin İnkişaf Proqramı vasitəsilə Almaniya hökumətinin dəstəyi ilə Ukraynanın “Gürcüstan-Ukrayna Platforması” ictimai təşkilatı tərəfindən irəli sürülüb.

olunur ki, Ukrayna Evi müharibə zamanı Gürcüstanda sığınacaq tapmış Ukrayna vətəndaşlarına dəstək məqsədi daşıyan birlik və əməkdaşlıq rəmzidir.

Qeyd edək ki, Ukrayna Evi eyni vaxtda icma mərkəz, operativ ofis sahəsi və Ukrayna vətəndaşları üçün müxtəlif sosial-iqtisadi xidmətlər üçün müraciət məntəqəsi kimi xidmət göstərəcək.

Bundan əlavə, bu “ev” Gürcüstan-Ukrayna münasibətlərinin inteqrasiyasına və inkişafına kömək edəcək.

Təşkilatçıların bəyanatında belə deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə