...86 yaşlı Ufa sakini Fətxulla İsxakov təxminən 65 il əvvəl qanunsuz cinayət təqibinə görə Rusiya Maliyyə Nazirliyindən 31,6 milyon rubl təzminat tələb edir.
SİA-nın əldə etdiyi məlumata görə, o, illər üç nəfəri öldürməyə cəhd ittihamı ilə həbs edilibmiş.
Belə ki, 1959-cu ildə İsxakov Başqırdıstanın Miyakinski rayonunun Bolşye Karkalı kəndində üç nəfəri öldürməyə cəhddə şübhəli bilinərək saxlanılıb. İstintaq onu qonşunun evinə gizlicə girib orada yaşayan 3 qızı balta ilə öldürməyə cəhddə ittiham edib.
Beləliklə, təqsirli bilinən İsxakov məhkəmənin ona təyin etdiyi 15 ilin 13 ilini həbsxanada keçirib.
Həbsxanada olarkən onun həyat yoldaşı ölüb. Oğlu uşaq evində böyüyüb.
Özü isə günahsızlığını israr edə-edə “srok” çəkib.
Amma 2012-ci ildə onun cinayət işi üzrə şahidlərdən biri faktiki olaraq həmin cinayəti törətdiyini etiraf edib.
Qeyd edək ki, Başqırdıstanın və Rusiyanın Ali Məhkəməsi ardıcıl olaraq Ufa sakininin hökmünü ləğv etməkdən imtina ediblər. 2017 və 2019-cu illərdə İsxakov Başqırdıstan prokurorluğunun qarşısında piket keçirib. Onun şikayətinə Konstitusiya Məhkəməsində, daha sonra isə Ali Məhkəmənin Rəyasət Heyətində baxıldıqdan sonra iş baxılması üçün qaytarılıb.
Qeyd edək ki, Fətxulla İsxakov günahsız yerı tutulduğu vaxt döyüldüyünü, işgəncələrə məruz qaldığını bildirib. Amma rusiyalı səlahiyyətlilər bütün bunları ört-basdır etməyə çalışırlar. Hətta İsxakovun təqsirsiz olduğunu sübut edən bir neçə vərəq də iş materiallarından itib.
Amma bütün bunlara baxmayaraq kişi tələbində iddialıdır.
Maraqlıdır ki, təzminatla bağlı müzakirələr zamanı o, Qara dəniz sahilində mülk almaq, köməkçilər və mühafizəçi işə götürmək istədiyini bildirib.
“...Mən qeyri-mümkün şərtlərdən keçdim, mənə insan şərtləri verin. Cəhənnəmdən keçdim, indi cənnətdə yaşamaq istəyirəm”.
...86 yaşlı Ufa sakini Fətxulla İsxakov deyir bunu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB