Amerika Birləşmiş Ştatlarında yoxsulluq səviyyəsi 2022-ci ildə 4,6 bənd artaraq 12,4 faiz təşkil edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ABŞ Ticarət Nazirliyi 2022-ci il üçün “Gəlir, yoxsulluq və sağlamlıq sığortası məlumatları”nı açıqlayıb.
Müvafiq olaraq, ölkədə keçən il orta ev təsərrüfatının gəliri 2021-ci ilə nisbətən 2,3 faiz azalaraq 74.580 dollar olaraq təxmin edilib.
ABŞ-da rəsmi yoxsulluq səviyyəsi əvvəlki illə müqayisədə çox dəyişməyib və 2022-ci ildə 11,5 faiz olub.
Ölkədə yoxsulluğun səviyyəsi 2022-ci ildə illik əsasda 4,6 bənd artaraq 12,4 faizə çatıb. Yoxsulluq nisbətindəki bu dəyişiklik 2010-cu ildən bəri qeydə alınan ilk artım kimi diqqəti cəlb edir.
Müəyyən edilib ki, 2022-ci ildə ölkə əhalisinin 7,9 faizini təşkil edən 25,9 milyon nəfərin heç birinin tibbi sığortası yoxdur. 2021-ci ildə isə əhalinin 8,3 faizi olan 27,2 milyon adamın tibbi sığortası olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB