Bu xəstəliklərin daşıyıcıları Rusiya ordusuna çağırılmayacaq

Bu xəstəliklərin daşıyıcıları Rusiya ordusuna çağırılmayacaq

Rusiyanın müdafiə naziri Sergey Şoyqu səfərbərlik və hərbi vəziyyət dövründə vətəndaşların Rusiya Silahlı Qüvvələrində müqavilə ilə xidmətə qəbul edilməyəcəyi xəstəliklərin siyahısını təsdiq edən əmr imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, sənəd hüquqi aktların rəsmi portalında dərc olunub.

Beləliklə, xəstəliklər siyahısına HİV, hepatit B və C, aktiv vərəmin bütün formaları, I tip şəkərli diabet, epilepsiya və insult daxildir.

Bundan əlavə, Şoyqunun əmrinə əsasən, çiyin və ya bud nahiyəsinin yuxarı üçdə biri səviyyəsinə qədər bir üzvü əskik olduqda və bir sıra digər xəsarətlər varsa, onlar da orduya qəbul edilməyəcəklər.

Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasında yeni səfərbərliyin mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə