Avropa İttifaqı və Türkiyə bir-biri ilə münasibətlərində yaranmış çıxılmaz vəziyyətdən çıxış yolu tapmalı və Ankaranın Avropa İttifaqına üzvlüyünə alternativ axtarmalıdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Avropa Parlamentinin illik hesabatında deyilir.
Sənəddə Ankaraya xəbərdarlıq edilib ki, öz kursunu dəyişməsə, ölkənin Avropa İttifaqına üzvlüyü bərpa olunmayacaq. Ona görə də “Avropa Birliyi-Türkiyə münasibətləri üçün paralel və real strukturun tapılması”, həmçinin “mümkün formatların araşdırılması” təklif edilir.
Sənədə əsasən, Türkiyənin Avropa İttifaqına daxil olmasına əngəllər demokratik dəyərlərə və insan haqlarına hörmət, qanunun aliliyinin təmin edilməsi eləcə də Avropa İttifaqı tərəfindən qəbul edilmiş digər normalar olub.
Ankaradan ölkədə əsas azadlıqlardan və qanunun aliliyindən davamlı geri çəkilməyə son qoyması tələb olunur.
Yeri gəlmişkən, 2023-cü ilin iyul ayında avrozona ölkələrində sənaye istehsalının ümumi azalması analitiklərin proqnozlaşdırdığı 0,9 faiz əvəzinə 1,1 faiz təşkil edib. Ehtimal olunur ki, turizm sektorunda yayda adi aktivlik olmasa, avrozonanın ÜDM-i üçüncü rübdə azalma ilə üzləşə bilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB