Rostov-na-Donu məhkəməsi “Vaqner” PMC-nin keçmiş muzdlu əsgərini 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
SİA-nın əldə etdiyi məlumata görə, o, qətl törətdiyinə görə əvvəllər cəza çəkdiyi koloniyaya qaytarılıb.
Qeyd edək ki, o, Ukraynada döyüşərək əfv fərmanı almışdı. Amma Rostova qayıtdıqdan sonra tezliklə eyni üsulla növbəti qətli törədib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, aprel ayında 34 yaşlı Sergey Rudenko kirayə mənzil soraqlayıb. Sonra o, “xozaykası”, 52 yaşlı ev sahibəsi ilə kirayə haqqı barədə mübahisə edib, ona bir neçə bıçaq zərbəsi vurub və ayaqqabının bağı ilə boğub. Daha sonra onun telefonunu oğurlayıb aradan çıxıb.
Onu da qeyd edək ki, məhkəmə məlumat bazalarında eyni ad və soyadlı şəxsə qarşı 2018-ci ildə Rostov-na-Donda çıxarılan hökmü tapıb.
Həmən vaxt Sergey Rudenko sevgilisini qətlə yetirdiyinə görə 10 il müddətinə ciddi rejimli koloniyaya məhkum edilmişdi. Belə ki, həmən vaxt da o, mübahisə zamanı sevgilisini kəmərlə boğub, qızıl-zinət əşyalarını oğurlayıbmış.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB