Rusiya ilə Çin Şimali Koreyaya qarşı sanksiyalardan imtina edir

Rusiya ilə Çin Şimali Koreyaya qarşı sanksiyalardan imtina edir

...Moskva və Pekin Şimali Koreyaya qarşı sanksiyalardan imtina edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, sanksiyalar guya “tamamilə fərqli geosiyasi şəraitdə qəbul edilib”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin bəyanatı Şimali Koreya lideri Kim Çen In və Vladimir Putin arasında keçirilən görüşdən sonra verilib.

Xatırladaq ki, Şimali Koreyaya nüvə və raket proqramlarının inkişafına görə beynəlxalq sanksiyalar BMT Təhlükəsizlik Şurası tərəfindən tətbiq edilib.

Onu da xatırladaq ki, Çin və Rusiya onun daimi üzvləridir.

Maraqlıdır ki, Qərb ölkələri Rusiya və Çinin özlərinin səs verdikləri sanksiyalar rejimini poza biləcəyindən dəfələrlə şübhələniblər.

Qeyd edək ki, Pekin Lavrovun bu xəbəri dərc edərkən açıqlamasını şərh etməyib. Bununla belə Rusiya Xarici İşlər Nazirliyi Çin Xarici İşlər Nazirliyinin rəhbəri Vanq Yinin sentyabrın 13-də Moskvaya səfərini elan edib.

Yeri gəlmişkən, sentyabrın 13-də Rusiyada olan Kim Çen In, ölkəsinin Moskva ilə münasibətləri inkişaf etdirmək istədiyini bildirib.

Onu da qeyd edək ki, Kim Çen In bunu üçün əsas da göstərib: ...çünki o, həmişə “prezident Putinin və Rusiya hökumətinin bütün qərarlarını” dəstəkləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə