Tramp özəl olaraq Baydenin impiçmenti ehtimalını dəstəkləyib

Tramp özəl olaraq Baydenin impiçmenti ehtimalını dəstəkləyib

...ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp Konqresin Nümayəndələr Palatasından olan partiya üzvləri ilə ölkənin hazırkı lideri Cozef Baydenin impiçmenti mümkünlüyünü təkbətək müzakirə edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Tramp Konqresin aşağı palatasının üzvləri Elise Stefanik və Marjorie Taylor-Grin ilə danışıb.

Qeyd edək ki, o, əvvəllər də müvafiq komitələrə Baydenin impiçmenti çərçivəsində təhqiqata başlamaq barədə göstəriş vermiş Konqresin Aşağı Palatasının spikeri Kevin Makkartiyə də dəstək verib.

İddialara görə, Trampla məsləhətləşmələr onun Respublikaçılar Partiyasında ciddi təsirindən xəbər verir.

Gərək ki, xatırlamış olarsınız, bir müddət bundan əvvəl Baydeni tənqid edən Tramp onu ABŞ üçün yeni “Böyük Depressiya” adlandırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə