“Müharibə hələ çox davam edəcək” - SİYASİ EKSPERT ŞƏRH ETDİ

“Müharibə hələ çox davam edəcək” - SİYASİ EKSPERT ŞƏRH ETDİ

“Hazırda bölgədəki reallıqları və davam edən şiddətli döyüş əməliyyatlaını nəzərə alaraq demək olar ki, Rusiya Ukrayna müharibəsinin sonu görünmür. Çünki, tərəflər qarşılıqlı olaraq bir-birinə ağır zərbələr endirir, hücümlar, əks-hücumlar bir birini əvəzləyir”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, hər gün yüzlərlə, bəlkə də daha çox itkilər olur, şəhərlər, kəndlər, yaşayış məntəqləri dağıdılır, infrastruktur məhv edilir: “Yəni, bu gün bütün dünyanın gözü qarşısında Rusiya və Ukrayna arasında qanlı və acımasız döyüş gedir. Tərəflərin müharibəni dayandırması, danışıqlar masasına oturması ehtimalı isə sıfıra bərabərdir. Müharibə başlayan ilk gündən bəzi beynəlxalq dairələrin, xüsusilə də Türkiyənin çoxsaylı cəhdlərinə baxmayaraq Rusiya və Ukrayna rəhbərləri danışıqlar masasına oturmaqdan imtina edib. Qarşıdakı aylarda da böyük ehtimalla müharibənin dayanmasından və sülhdən söhbət gedə bilməz. Görünən odur ki, böyük müharibə hələ çox davam edəcək. Biz bu reallığı təəssüf hissi ilə qəbul etməliyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə