Eyni gündə 7 qadınla evləndi

Uqandalı kişi eyni gündə 7 qadınla evlənərək birgə toy edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Uqandada ənənəvi müalicə üsullarını tətbiq edən həkim Salonqo Nsikonene Habib ölkənin Bugereka qəsəbəsində eyni anda 7 qadınla evlənib.

Evləndiyi qadınlar arasında iki bacısı olan Salonqo arvadlarına toy hədiyyəsi olaraq avtomobil hədiyyə edib. Çoxlu qonağın iştirak etdiyi toy yerli insanları təəccübləndirib.

Toyda çıxış edən həkim xanımlarının ona olan bağlılığını yüksək qiymətləndirib və gələcəkdə daha çox qadınla evlənməyi planlaşdırdığını bildirib.

Bildirilib ki, Salonqonun babasının 6, atasının isə 5 arvadı olub.

Bəyin bir anda ölkədə ən çox qadınla evlənən şəxs olduğu təxmin edilir.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə