2,6 milyard insanın hələ də internetə çıxışı yoxdur - BMT

2,6 milyard insanın hələ də internetə çıxışı yoxdur - BMT

Dünyada təxminən 2,6 milyard insanın hələ də internetə çıxışı yoxdur. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT yanında Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) məlumat yayıb.

Bildirilib ki, 2022-ci ildə bu göstərici 2,7 milyard olub.

Qeyd olunub ki, hazırda dünya əhalisinin 67 faizini təmsil edən 5,4 milyard insan internetə qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə