Şimali Koreyanın sədri Kim Çen In Rusiyada qırmızı xalça ilə qarşılanıb. SİA xəbər verir ki, bu barədə URA.ru yazır.
Siyasətçinin Primorsk diyarının Xasan stansiyasında qatarından düşdüyü deyilir. O, qırmızı xalçanın döşəndiyi pilləkənlərlə aşağı enib.
Kim Çen Inın zirehli qatarının vaqonlarından birində ən qabaqcıl texnologiyalara malik qərargah yerləşir və qatar özü bir neçə zirehli texnikanı daşıyır.
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Rusiya lideri Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen In arasında keçiriləcək danışıqlarda iştirak edəcəyi də bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB