Dağıstanda 60 yanacaqdoldurma məntəqəsi bağlanıb

Dağıstanda 60 yanacaqdoldurma məntəqəsi bağlanıb

Bu ilin ötən 8 ayı ərzində Dağıstanda onlarla yanacaqdoldurma məntəqəsində qanun pozuntuları aşkar edilib. Onların bəzilərinin lisenziyası olmayıb, bəziləri yanğın təhlükəsizliyi qaydalarını pozaraq işləyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Dağıstanda 60 yanacaqdoldurma məntəqəsində müxtəlif pozuntular aşkar edilib, bundan sonra onların fəaliyyəti dayandırılıb.

Bu barədə Respublika üzrə Federal Məhkəmə İcraçıları Xidmətinin Telegram kanalında məlumat verilib.

“2023-cü ilin əvvəlindən 60 yanacaqdoldurma məntəqəsinin, o cümlədən Mahaçqalada yerləşən 13 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb”

Yeri gəlmişkən xatırladaq ki, bir ay əvvəl Mahaçqala yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş vermiş, partlayış nəticəsində 35 nəfər həlak olmuş və daha 84 nəfər yaralanmışdı.

Bundan sonra respublikanın yanacaqdoldurma məntəqələrində tez-tez yoxlamalar aparılmağa başlanılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə